1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Baş məşqçi oyundan sonra xəstəxanaya düşdü
İspaniya "Osasuna"sının baş məşqçisi Enrike Martin La-Liqada "Las-Palmas"la oyundan sonra xəstəxanaya yerləşdirilib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 60 yaşlı mütəxəssis oyunun əvvəlində özünü pis hiss edib. Onun gözlənilmədən arterial təzyiqi artıb. Lakin komandanın həkimləri baş məşqçiyə lazımi yardımı göstərə biliblər. Oyundan sonra ispaniyalı mütəxəssis xəstəxanaya yerləşdirilib və orada müayinədən keçdikdən sonra evə buraxılıb.
Martin "Osasuna"ya 2015-ci ilin mayında baş məşqçi təyin olunub və komandanı İspaniya La Liqasına çıxarmağı bacarıb. Hazırda onun klubu ölkə çempionatında 3 xalla 19-cu yeri tutur.
Qeyd edək ki, "Las Palmas"la görüşdə qalib müəyyənləşməyib - 2:2.