
Azərbaycan Premyer Liqada yaranmış fasilə ilə əlaqədar olaraq, "Sumqayıt" və "Neftçi" klubları yoxlama oyunu keçirəcək. Sportnet.az-ın məlumatına görə, qarşılaşma oktyabrın 8-də olacaq.
Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək matç saat 16:00-da başlayacaq.
Qeyd edək ki, 1028-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup oyunları səbəbindən Premyer Liqada gasilə yaranıb. Çempionatın VIII turuna oktyabrın 15-də start veriləcək.