1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanda ilk dəfə...
Israilli FİFA referisi Liran Liani ilk dəfə Azərbaycan komandasının oyununa təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, millimizin 2018-ci il dünya çempionatının seçmə mərhələsində Norveç yığması ilə oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunun 39 yaşlı baş hakiminin bunadək komandalarımızla yolu kəsişməyib.
2010-cu ildə FİFA referisi dərəcəsini alan Liani indiyədək müxtəlif turnirlərdə iş başında olub. Bunlar arasında 2012/2013 və 2015/2016 mövsümlərində Avropa Liqasının qrup mərhələsinin oyunları da olub. O, həmin mövsümlərdə "Neftçi" və "Qəbələ"nin qrupdakı rəqiblərinin görüşlərini - İtaliya "İnter"inin Serbiya "Partizan"ını 1:0, Almaniyanın "Borussiya" (Dortmund) klubunun Rusiya "Krasnodar"ını 2:1 hesabı ilə yendiyi matçları idarə edib. Liani Çempionlar Liqasında isə qrupda yox, təsnifat mərhələsində baş hakim olub.
İsrailli hakimin aşağı yaş qruplarından ibarət yığmaların seçmə mərhələ oyunlarında da idarəçiliyi az olmayıb. Ancaq bu sırada da heç bir yığmamız yoxdur. Lianinin son beynəlxalq matçı cari seçmə mərhələnin ilk turunda Uels - Moldova qarşılaşması olub. O, meydan sahiblərinin 4:0 hesabı ilə qalib gəldiyi matçda qonaqların qapısına 1 penalti təyin edib və onlara 1 sarı vərəqə də göstərib.
Liani Avropa Liqasının pley-off mərhələsində "Qəbələ"nin sabiq rəqibləri Gürcüstan "Dinamo"su ilə Yunanıstan PAOK-unun Tiflisdəki matçında isə "qırmızı-qaralar"ın keçmiş yarımmüdafiəçisi Fakundo Pereyranın qolunu qeydə alıb. Argentinalı legioner 3:0 hesabı ilə qalib gəldikləri həmin matçda son nöqtəni qoyub.
Liani beynəlxalq oyunlarda 10 qırmızı vərəqə göstərib ki, bunlar meydan sahibləri ilə qonaqların payına bərabəır düşür. Onun göstərdiyi 172 sarı vərəqədən 74-ü meydan sahiblərinə, 98-i qonaqlara qismət olub. Nəhayət, bu referi 15 penalti təyin edib ki, bunun 7-ni meydan sahibləri, 8-ni qonaqlar vurublar.