
Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Almaniya yığması hücum xətti ilə bağlı ciddi problemlə üzləşib. Sportnet.az-ın məlumatına görə, Bundestimin əsas qol ümidlərindən olan Mario Qomes zədələnərək Çexiya və Şimali İrlandiya yığmaları ilə qarşıdakı oyunları buraxacaq.
Almaniya Futbol İttifaqı cari mövsümdən "Vofsburq"da oynayan 31 yaşlı hücumçunun əvəzinə heç kimin çağıırlmayacağını açıqlayıb.
Xatırladaq ki, Çexiya Almaniya ilə oyundan sonra oktyabrın 11-də millimizi qəbul edəcək.