
Bakının AZAL klubu Azərbaycan Premyer Liqasında yaranan fasilə müddətində 2 yoxlama matçı keçirəcək. Bu barədə Sportnet.az-a klubun vitse-prezidenti Fikrət Hüseynov məlumat verib.
Onun sözlərinə görə, ilk yoxlama matçı AZAL-ın əvəzedici heyətinə qarşı olacaq. Digər rəqib isə sabah müəyyənləşəcək.
Qeyd edək ki, AZAL II dövrədəki ilk oyununda "Kəpəz"i qəbul edəcək. Oyun oktyabrın 16-da "AZAL Arena"da keçiriləcək.