1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əmrah Çəlikəl: "Qarabağ" qara zolaqda deyil"
"Qarabağ"ın hazırkı vəziyyəti hər bir komandanın, idman həyatını davam etdirən hər kəsin başına gələ biləcək bir hadisədir". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ" klubunun baş direktoru Əmrah Çəlikəl jurnalistlərə açıqlamasında deyib.
Klub rəsmisi ardıcıl məğlubiyyətlərə baxmayaraq rəhbərlik etdiyi komandanın "qara zolaq"da olmadığını bildirib: "Qarabağ" son üç oyunu səfərdə oynayır. "Kəpəz", "Fiorentina" və "Qəbələ"... Statistikaya baxdıqda komandanın pis oynamadığını görürük. Komandaya dəstək olmaq lazımdır. Bizim birliyimiz, bərabərliyimzlə dəf edə bilməyəcəyimiz heç bir problem olmaz".
Ə.Çəlikel yeni müqavilə imzalanan gənc qapıçı Emil Balayevlə bağlı da danışıb. O, gənc qolkiperin yeni transfer adlandırılmamasını xahiş edib: "Emil Balayev yayın əvvəlindən komanda ilə məşq edir və bizimlə bir yerdədir. Sadəcə müqaviləni yeni bağlamışıq. Onu yeni transfer kimi qiymətləndirməməyinizi xahiş edirəm. Emil Almaniyada bir klubla görüşürdü və müqavilə bağlamaq ehtimalı vardı. Bu səbəbdən bizimlə müqavilə gec oldu. Onun gəlişi hansısa qapıçının getməsinə dəlalət etmir. Gələcəkdə kimin qalıb-gedəcəyinə qaldıqda, bu məsələdə baş məşqçimiz qərar verir. Digər transferlərə gəlincə, baş məşqçimiz var. Mənim hansısa transferdən danışmağım düzgün olmaz. Hansı mövqelərdə çatışmazlığın olduğunu Qurban Qurbanov daha yaxşı bilir".
Baş direktor komandanın kapitanı Rəşad Sadıqovla bağlı fikirlərini bildirib. O, müdafiəçinin klubun U-19 komandasına baş məşqçi təyin olunmasının futbolçu kimi çıxışına heç bir təsir göstərmədiyini vurğulayıb: "Düşünmürəm ki, Rəşad Sadıqovun bütün diqqəti 19 yaşlı futbolçularımıza yönəlib və oyuna fikir vermir. Onun həyatı futbolla bağlıdır. U-19-a baş məşqçi təyin edilib və köməkçiləri var. Bu təyinatın Rəşadın gələcək məşqçilik karyerası üçün düzgün addım olduğunu düşünürəm. Üstəlik gələcəyin böyük futbolçusu olacaq uşaqların qarşısına yaxşı nümunə qoymuşuq. Bu da onların motivasiyası üçün də yaxşı yoldur. Rəşadın hansısa enişdə olduğunu da düşünmürəm. Onun çıxışı "Qarabağ" üçün xeyirlidir".
Onun sözlərinə görə, Avropa Liqasının qrup mərhələsinin III turunda oktyabrın 20-də Yunanıstanın PAOK klubu ilə oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Üstəlik bu müddətdə Premyer Liqa oyunu da mərkəzi arenada ola bilər: "PAOK-la oyunda layiqlıi nəticə qazanmaq istəyirik. Hazırda 7 futbolçu yığmanın düşərgəsindədir. Millinin oyunları səbəbindən yaranan fasilədə isə yoldaşlıq görüşü keçirməyəcəyik. Hələ bu barədə dəqiq qərar yoxdur. Düşünürəm ki, Yunanıstanla oyuna tam heyətlə çıxacağıq. Oyunun keçiriləcəyi stadion əlverişlidir və ümid edirik ki, mövsüm sonunadək heç bir problem olmayacaq. "Sumqayıt"la oyunun da mərkəzi arenada keçirilmə ehtimalı var. Ancaq hələ heç bir qərar verilməyib. Meydançanın vəziyyətinə uyğun addım atılacaq".