Ekvador milli komandasının məşqində maraqlı olay yaşanıb. Sportnet.az-ın məlumatına görə, məhkəmə məmurları millinin üzvü olan "Everton"un hücumçusu Enner Valensiyanı elə məşq prosesi zamanı həbs etməyə çalışıblar.
Buna səbəb futbolçunun təxminən 17 min dollar məbləğində olan alimenti ödəməkdən boyun qaçırması olub. Valensiya məşqi yarımçıq qoymalı olub. Ancaq sonda o, sərbəst buraxılıb.
Valensiyanın illik məvacibi 1,7 milyon funt sterlinq təşkil edir. Ekvadorlular 2018-ci il dünya çempionatının seçmə mərhələsində bu gün Çili yığması ilə Kitoda keçiriləcək rəsmi oyuna hazırlaşırlar.