2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin C qrupunda Azərbaycanla qarşılaşacaq Norveç yığmasının müdafiəçisi Haytam Aleesami oyunla bağlı fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, rəqib futbolçu çətin oyun keçəcəyini deyib.
O, bunları söyləyib: "Azərbaycan komandası top saxlamağı xoşlayır. Biz də onu etməyə çalışacağıq. Güclü olan qalib gəlsin"