1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz üçün fərqli baş məşqçlərlə qol vura bilmədiyi rəqib
Azərbaycan milli komandasının cari seçmə seçmə mərhələdə ilk ev oyununda rəqibi olan Norveç yığması onun tarixinə düşüb. Sportnet.az-ın məlumatına görə, millimizin dünya çempionatının seçmə mərhələsində debütü məhz norveçlilərə qarşı olub.
Düzdür, 1996-cı ilin iyunun 2-də keçirilən matç bizim üçün çox uğursuz alınıb – 0:5. Yığmamız həmin seçmə mərhələyə yekunu da məhz Norveçlə matçla olub. 1997-ci ilin oktyabrın 6-da Bakıda Tofiq Bəhramov adına Respublika stadioninda keçirilən qarşılaşnada isə 0:1 hesabı ilə uduzmuşuq.
Azərbaycan və Norveç yığmalarının bir daha yolları bundan 17 il sonra kəsişib. Bu dəfə ilk oyunda millimiz meydan sahibi olub və rəqibi "Bakcell Arena”da qəbul edib. Vikinqlər yenə paytaxtımızdan 1:0 hesablı qələbə ilə qayıdıb. Həmin oyun 2014-cü ilin noyabrın 16-da olub. Nəhayət, son qarşılaşma 2015-ci ilin iyunun 12-də olub və qolsuz bərabərliklə nəticələnib.
Göründüyü kimi, bu 2 milli komandanın qarşılaşmalarında bir sıra maraqlı məqamlar var. Əvvəla, Azərbaycan Norveçə nəinki qalib gəlməyib, qol da vurmayıb. 4 oyunda qazanılan yeganə xal elə hazırkı baş məşqçi Robert Prosineçkinin vaxtında olub.
Milli komandalar Osloda bir qayda olaraq iyunda, Bakıda isə payızda – oktyabr-noyabr aylarında görüşürlər. Düzdür, bu dəfə Norveçdə də payızda oynayacağıq. Çünki yığmamızın bu seçmə mərhələdə rəqiblə səfər matçı 2017-ci ilin sentyabrın 1-də olacaq.
Daha bir məqam odur ki, Azərbaycan rəqibinin qarşısna hər dəfə fərqli baş məşqçi ilə çıxıb. 0:5 hesablı məğlubiyyətdə yığmamızın "sükanı arxası”nda Kazbek Tuayev, ondan sonrakı matçda əvəzlədiyi Vaqif Sadıqov olub. Almaniyalı sabiq baş məşqçimiz Berti Foqts məhz Norveçlə ev oyunu öncəsi postundan getdiyindən, həmin matçda millini onun köməkçisi, baş məşqçi əvəzi olan Mahmud Qurbanov çıxarmışdı. Bu dəfə isə Probert Prosineçki yığmaya rəhbərlik edir və məhz xorvatiyalı mütəxəssislə Norveçə qarşı ilk dəfə yenə eyni baş məşqçi ilə çıxacağıq.
Ən maraqlı məqam isə əvvəlki oyunların final mərhələsi Fransada keçirilmiş 1998-ci il dünya və 2016-cı il Avropa çempionatları öncəsi seçmə tsiklə təsadüf etməsindədir. Bugünkü görüş isə Rusiyadakı mundial öncəsi seçmə tsikl dövrünü özündə ehtiva edir.