Bu gün futbol üzrə Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, bu dəfə rəqib Çexiya yığması olub.
C qrupunun III turunun görüşü Çexiyanın Ostrova şəhərində olub.
Robert Prosineçkinin rəhbərlik etdiyi komanda cari seçmə mərhələdə uğurlu çıxışını davam etdirib. Millimiz ən çətin səfərlərdən birindən xalla qayıdıb. Hərçənd, millimiz kaptanı, aparıcı müdafiəçisi Rəşad Sadıqov zədəli olduğundan oyuna ciddi itki ilə çıxmışdı.
Bununla belə, Azərbaycan yığması növbəti tarixi uğura imza ata bilib.
Seçmə mərhələnin ilk oyununda San Marinonu, ardınca Norveçi məğlub edən (1:0) milli komanda tarixində ilk dəfə seçmə tsiklə ardıcıl iki qələbə ilə start verib. Hesabına 7-ci xalı yazan millimiz qrupda 2-ci pillədəki mövqeyini möhkəmləndirib.
Qeyd edək ki, milli komanda növbəti oyununu noyabrın 11-də qrupda ən yaxın izləyicisi olan Şimali İrlandiyaya qarşı keçirəcək. Belfastda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Dünya çempionatı, seçmə qrup mərhələsi, III tur
11 oktyabr
22:45. Çexiya - Azərbaycan - 0:0
Baş hakim: Matey Yuq
Yan xətt hakimləri: Tomaj Klançnik, Manuel Vidali
Dördüncü hakimlər: Mitya Jqanets (hamısı Sloveniya)
Ostrava. "Uindzor Park"
KOMANDALAR |
O |
Q |
B |
M |
T-F |
XAL |
Almaniya |
3 |
3 |
0 |
0 |
8 |
9 |
Azərbaycan |
3 |
2 |
1 |
0 |
2 |
7 |
Şimali İrlandiya |
3 |
1 |
1 |
1 |
2 |
4 |
Norveç |
3 |
1 |
0 |
2 |
-1 |
3 |
Çexiya |
3 |
0 |
2 |
1 |
-3 |
2 |
San Marino |
3 |
0 |
0 |
3 |
-8 |
0 |