"Məsələnin mənəvi tərəfi Cavidə aiddir. O, ilk olaraq psixoloji gərginliyi öz üzərindən atmalıdır". Sportnet.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov komandanın həbsdən azad edilmiş sabiq üzvü Cavid Hüseynov haqda deyib.
Klub rəsmisi onun yenidən komandaya cəlb olunacağı ilə bağlı bunları bildirib: "İlk olaraq Cavid əvvəlki formasını bərpa etməlidir. Üstəlik, bir məsələ də var ki, bunu klub rəhbərliyi ilə danışmalıyıq. Rəsmi qərar verildikdən sonra ictimaiyyətə bu barədə ətraflı açıqlama veriləcək".