"Hər şey göz qabağında idi. "Qarabağ” məşq etdi. Tezliklə belə bərbad oyunu unudub, "Qəbələ” ilə matçı düşünməliyik". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 8-ci turunda "Qarabağ"la səfər oyunundan keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu gün böyük hesabla uduzduqları matçda çox zəif oynayıblar: "Bu cür oyunla bizə inam, yox, nifrət yaranacaq. Növbəti matçı səbrsizliklə gözləyirik. Ən azı bugünkü kimi oynamayacağıq. Çalışıb, azarkeşlərmizi sevindirməliyik".