1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" öz rekordunu yeniləyə bilmədi
"Qəbələ"nin qələbə seriyası qırılıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının cari mövsümünü lideri 5 oyun ardıcıl qələbədən sonra büdrəyib. Roman Qriqorçukun komandası yenə "İnter"lə Bakıdakı matçda xal itirib. Fərq ondadır ki, ilk dövrədə qolsuz, bu dəfə 1:1 hesalı bərabərlik qeydə alınıb.
"Qırmızı-qaralar" öz stadionunda yenidənqurma işləri getdiyindən "İnter"lə II turun ev matçını "Dalğa Arena"da keçirmişdi. Bu, avqustun 12-də olub. "Qəbələ" 64 gündən sonra çempionatda xal itirib.
İstənilən halda, 5 oyunluq qələbə seriyası cari çempionatın rekordu olaraq qalır. "Qəbələ"nin 11 illik tarixində ən uzun qələbə seriyası elə hazırkı baş məşqçi Roman Qriqorçukun vaxtında olub. Ukraynalı mütəxəssisin ötən mövsümün ikinci yarısında ardıcıl 8 oyunda meydanı qalib tərk etmişdi.
Xatırladaq ki, "İnter" "Qəbələ"nin qələbə ilə yanaşı, "quru seriya"sını da qırıb. Ukraynalı qapıçı Dmitri Bezotosnı 915 dəqiqə davam edən seriyasına millimizin hücumçusu Ağabala Ramazanov son qoyub.
Mehman SÜLEYMANOV