1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərlan Əhmədov: "İndi AZAL-ı pul olmadığından atıb gedə bilmərəm"
"Bugünkü oyunda komandamın çıxşından razı qaldım. Uşaqlar mübarizə apardılar. Udulası oyun idi”. Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Kəpəz”lə oyundan (0:1) sonra keçirilən mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
O, hücum xəttindən şikayətlənib: "Oyunun əvvəlində qol epizodlarımız oldu. Ötən mövsüm bu hamını məğlub edirdik, deyirdilər ki meydançaya nəsə ediblər. İndi 83-cü dəqiqədə qol buraxırıq. Amma həmin adamlar heç nə yazmırlar. Yenə də komandamdan razıyam. Əsas probem qol vura bilməməyimizdir. Çalışacağıq ki, yaxın vaxtlarda bu problemi həl edək. Görüləşəcək işimiz çoxdur. Düşünmürəm ki, bizim üçün hər şey bitib. Qarşıda çox oyunlar var. Çalışacağıq ki, komandanı bu vəziyyətdən çıxaraq. Bu gün komandam son oyunlara baxanda çox gözəl çıxış etdi”.
Əhmədov hazırkı durumdan şikayətlənmək fikrində olmadığını bildirib: "Bu gün komandamın lideri yoxdur. Murad Səttarlı özünü yaxşı tərəfdən göstərirdi. Yenə eyni sözləri təkrarlamaq istəmirəm. Şikayətlənmək fikrində deyiləm. Deməsinlər ki, Tərlan ağlayır”.
AZAL-ın çalışdırıcısı müdafiənin mərkəzində problem yaşadıqlarını qeyd edib: "İmkanım olsaydı, bu gün Vadar müəllimi (köməkçisi Vadar Nuriyevi nəzərdə tutur-red.) müdafiənin mərkəzində oynadardım. Kamil Mirzəyev bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona hətta zarafatca dedim ki, Maştağadan futbolçu çıxmayıb. Gözmuncuğu sənsən”.
Əhmədov növbəti dəfə AZAL-dan getmək firində olmadığını bidirib: "Fikrət Hüseynovla qardaşıq. İndiki vəziyyətdə komandanı atıb gedə bilmərəm. Gedişat onu göstərir ki, hələ uzun müddət burda qalacağıq. Nə pul, nə də top komandanı çalışdırmaq barədə düşünürəm. Əvvəl komandada vəziyyət yaxşı idi. İndi pul yoxdur deyə, onları atıb gedə bilmərəm”.
Mənbə: futbolxeber.az