1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"in 11 illik həsrəti bitdi
"Kəpəz" AZAL-la səfər oyunlarda tilsimi qırIB. Sportnet.az-ın məlumatına görə, Gəncə təmsilçisi Şüvəlanda nəhayət, qalib gələ
bilib. Bu, az öncə yekunlaşan VIII turun matçında 1:0 hesablı qələbə ilə reallaşıb.
Qonaqlara 2005-ci ildən rəqib olduğu "təyyarəçilər"lə onun meydanındakı növbəti matçda yalnız sona 7 dəqiqə qalmış kamerunlu hücumçusu Julien Ebah vurduğu qolla qazandırıb. Yeri gəlmişkən, cari çempionatda 3-cü qolunu vuran Ebah yenə komandasının bombardiridir. O, debüt mövsümünü keçirdiyi ötən çempionatda da "Kəpəz"in ən sərrast oyunçusu olub.
Bu, gəncəlilərin AZAL-la 9-cu səfər qarşılaşması olub. Əvvəli 8 matçdan 6-da uduzan Nizami yurdunun təmsilçisi yalnız 2-də heç-heçə edə bilmişdi. Bu komandaların görüşündə səfərdə oynayan tərəf 3 oyundur qola, 6 matçdır qələbəyə həsrət idi ki, Şahin Diniyevin yetirmələri buna da son qoyublar.
Qeyd edək ki, "Kəpəz" bu nəticə ilə cari çempionatda 35 günlük qələbə həsrətini də bitirib. Komanda bunadək yeganə qələbəsini IV turda sentaybrın 11-də "Zirə"ni 2:0 hesabı ilə məğlub etməklə qazanmışdı. Həmin oyunun Gəncədə keçirildiyini nəzərə alsaq, Şahin Diniyevin komandası bu mövsümdə səfərdə ilk dəfə qalib olub.
Mehman SÜLEYMANOV