Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın "Kadis" klubu xal itirib. Sportnet.az-ın məlumatına görə, Sequndanın X turunda "Tenerfine"nin qonağı olan komanda 1:1 hesablı bərabərliyə qalıb.
Oyunun 42-ci dəqiqəsində futbolçusu qırmızı vərəqə aldığına görə azlıqda qalan "Kadis" 79-cu dəqiqədə qapısında top görüb. İsrafilovun komandası 90+2-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub. Eddi matçı ehtiyatda keçirib. "Kadis" 10 oyundan 10 xalla turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.