
Bakının "İnter” Peşəkar İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi baş verib. Sportnet.az-ın məlumatına görə, klubun prezidenti Rəşad Qasımov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
"İnter” rəhbərliyinin qərarına əsasən, prezident səlahiyyətlərinin müvəqqəti icrası klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayevə həvalə olunub.