AZAL Azərbaycan Premyer Liqasının X turunda "Qarabağ"la hazırda keçirilən ev oyununda heyətlə bağlı problemlə üzləşib. Sportnet.az-ın məlumatına görə, meydan shaiblərinin baş məşqçisi Tərlan Əhmədov artıq ilk hissənin ortasında məcburi əvəzləmə etməli olub. Bu, zədələnən gənc yarımmüdafiəçi Qeyrət Əliyevin meydandan çıxarılması olub.
Onun əvəzinə meydana çıxan təcrübəli həmkarı Tagim Novruzov isə uzun fasilədən sonra yaşıl meydana dönüb. Ötən mövsümün sonuna yaıxn məhz "AZAL Arena"dakı oyunda aldığı ağır zədədən sonra əməliyyat olunaraq bərpa prosesi keçən 28 yaşlı Novruzov cari çempionatda ilk dəfə meydana çıxıb.