
"Oyun barədə çox danışmağa ehtiyac yoxdur. Çalışdıq "Qarabağ”a müqavimət göstərək, İlk hissədə bir qədər müqavimət göstərsək də, ikinci hissədə alınmadı. Ani diqqətsizlikdən qol buraxdıq. Rəqibi təbrik edirəm". Sportnet.az-ın məlumatına görə, bu fikirləri
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının X turunda "Qarabağ"a evdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında bildirib.
Mütəxəssis əsas problemlərinin hücum xəttində olduğunu söyləyib: "Nə qədər ki, bu problemi aradan götürməmişik, vəziyyət belə qalacaq. Tək bu oyunda yox, bütün oyunlarda bu problem olur. Futbolçularıma heç bir iradım yoxdu. Gücümüz çatan qədər mübarizə apardıq. Burda qalsam, qışda yeni hücumçu cəlb edilməsini istəyəcəm".
Bəs rəhbərliyin yeni hücumçu almağa imkanı çatacaq? Əhmədov buna belə cavab verib: "Rəhbərliyin imkanı olmasa, öz imkanlarım hesabına alacam (gülür). Belə getsə, 1-ci divizionda yerimiz hazırdır".