1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Foqtsu son sevindirən, Sadıqovun qarşılaşa bilmədiyi rəqib
Azərbaycan mili komandası tarixində 5-ci dəfə Şimali İrlandiya yığması ilə görüşəcək. Sportnet.az-ın məlumatına görə, bu yığmalar arasında matçların balansı bərabərdir.
Hər milli bir dəfə 2:0 hesabı ilə qalib gəlib, digər 2 matç isə heç-heçə nəticələnib. Sadəcə, Bakıda 0:0, Belfastda 1:1 hesablı bərabərlik qeydə alınıb.
Təbii ki, belə olan halda, topların fərqi də eynidir. Sadəcə, millimiz rəqib meydanında qol vura bildiyinə görə daha üstündür. Şimali irlandlar isə bizə hələ ki səfərdə qol vura bilməyiblər.
Robert Prosineçki millimizi Şimali İrlandiyaya qarşı çıxaran 4-cü baş məşqçi olacaq. Bunadək həmin funksiyanı braziliyalı Karlos Alberto Torres (evdə 0:0), Vaqif Sadıqov (səfərdə 0:2) və almaniyalı Berti Foqts (səfərdə 1:1, evdə 2:0) yerinə yetirib. Yeri gəlmişkən, təcrübəli mütəxəssisin millimizdə son qələbəsi məhz Şimali İrlandiya üzərində "Bakcell Arena”da olub. Torresin vaxtında məşhurlaşan "rəqib basketbol oynayırdı" ifadəsi məhz Şimali İrlandiya ilə Tofiq Bəhramov adına Respublika stadionunda qolsuz bərabərliklə nəticələnən matçdan sonra mətbuat konfransında braziliyalı mütəxəssis tərəfindən deyilmişdi.
İş elə gətirib ki, Şimali İrlandiyaya qol vuran futbolçularımızdan heç biri hazırda millidə deyil. Hücumçu Rüfət Dadaşov Foqtsun gedişindən sonra çağırılmırsa, Mahir Şükürov uzun müddət futboldan kənarda qalıb. O artıq "Neftçi”yə qayıtsa da, 34 yaşlı müdafiəçinin bundan sonra milliyə çağırılacağı real görünmür. Rauf Əliyev isə yenicə Prosineçkinin vaxtında milliyə dönmüşdü ki, "İnter”də aldığı zədə üzündən kənarda qalıb. Yeri gəlmişkən, hücumçunun erkən qolla fərqləndiyi matç Şimali İrlandiya ilə ən dramataik qarşılaşmamız sayılır. Onda rəqib son saniyələrdə - 90+6-cı dəqiqədə məğlubiyyətdən qaça bilmişdi. Hər halda, bu nəticə həmin gün Avropanın ən sensasiyalı hesablarından biri olub.
Zədədən söz düşmükən, bu, yenə bəzi futbolçularımızın Belfastda meydana çıxmasına imkan vermir. Məsələn, kaptan Rəşad Sadıqov 4 il öncə də Şimali İrlandiya ilə səfər matçında iştirak etməmişdi. Onda təcrübəli müdafiəçi zədə üzündən ümumiyyətlə, heyətdə yox idisə, bu dəfə düşərgədədir. Sadəcə, səfər öncəsi məşqdə komanda yoldaşı Rəhman Hacıyevlə toqquşmada xəsarət alması Sadıqovun meydana çıxmasına imkan vermir.
Belfastdakı həmin matçda əsas qapıçı Kamran Ağayev də zədə üzündən kənarda qalmışdı. Ancaq əsas qapıçımızın bu dəfə elə problemi yoxdur. Sadıqovla Ağayevin yoxluğunda həmin matçda kapitan sarğısı Ruslan Abışovda olmuşdu. Abışov əsas heyətə düşə bilmədiyindən, sarğı yenidən Rahid Əmirquliyevdə olacaq. Maksim Madvedev Belfastda bu dəfə öz mövqeyində - sağ cinahda oynaya bilməyəcək. Bu da Rəşadı mərkəźdə əvəzləməsi ilə bağlıdır. Dörd il öncə Foqts onu məcburiyyətdən müdafiənin solunda oynatmışdı.