1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Georgi Nikolov: "Azərbaycanda qanunsuz yaşayıram" - MÜSAHİBƏ
Bakının "İnter” klubunun bolqarıstanlı sabiq prezidenti Georgi Nikolov öz ölkəsinin mətbuatına müsahibə verib. Sportnet.az həmin müsahibəni təqdim edir.
- Sizə Azərbaycanı tərk etməməklə bağlı 1 ildən artıqdır qağağa var. Vəziyyət niyə belə alındı?
- Hər şey 2015-ci ildə Azərbaycan iqtisadi böhranla üzləşəndən sonra başladı. Bu, mənim həyatıma və biznesimə təsir göstərdi. "İnter”in sahibi Azərbaycan Beynəlxalq Bankına rəhbərlik edirdi (həbsdə olan Cahangir Hacıyev nəzərdə tutulur - red). Bank yaxşı fəaliyyət göstərəndə klub uğurla çalışırdı. Sonradan həmin şəxsə qarşı araşadırma başladı. Maddi problem yarandı və "İnter” çox pis vəziyyətə düşdü. Mən klubda qaldım, çünki vəziyyətin düzələcəyinə inamım vardı. Həm də klubu belə çətin vəziyyətdə qoyub gedə bilməzdim. Yerli prokurorluğun "İnter”in sahibinə qarşı araşdırması çox ciddi idi.
- "İnter”in necə maliyyələşdiyini dəqiq bilirsiniz?
- Təkcə bankla iş bitmirdi, digər mənbələr də vardı. Reklam və teleyayımdan 800 min - 1 milyon pul gəlirdi ki, bu da 1 ildə yetərincə ciddi rəqəm idi. Ancaq 2014/2015 mövsümünün axırında bankın problemi həll olunandan sonra mənə prokurorluqdan zəng gəldi. Bu da dindirilməyə gəlməklə bağlı idi. Müstəntiq mənimlə söhbətdə sifahi olaraq bildirdi ki, istintaq bitməyənədək ölkəni tərk edə bilmərəm. Həmin vaxt mənə onu da söylədilər ki, iradları yoxdur. Mən nə ittiham olunan, nə də bank məsələsinə görə şahid idim.
- Sizin sənədlərlə bağlı nə baş verdi və niyə belə oldu?
- Birincisi, pasportumun vaxtı bitdi. Yenisini almaq üçün sənədlərimi verdim. Bu zaman heç bir problem yaranmadı və yeni pasport aldım. Ancaq 2015-ci il sentyabrın 19-da Bolqarıstana getməli olduğum vaxt Bakıda hava limanında məni saxladılar və buraxmadılar. Həyat yoldaşım da yanımda idi. Sərhəd xidmətinin nəzarətçiləri bizə dedilər ki, ölkədən çıxmağımıza qadağa var.
- Buna səbəb nə idi?
- Mənə tam aydın olmadı. Səfirimiz vasitəsilə kömək axtarmağa çalışdım. Onlar Azərbaycan Daxili İşlər Nazilriyinə nota göndərdilər. Cavab gəldi ki, Azərbaycanı tərk etməyimə qadağa var. Çünki işlə bağlı şahid sayılıram. Ən qəribəsi odur ki, proses bitənədək məni çağırmayıblar. Onlar məni iki dəfə çağırdılar və sizə bu haqda məlumat verdim. Baş verənləri aydınlaşdırmağa çalışdım.
- Bolqarıstan hökümətinə kömək üçün müraciət etmisiniz?
- Bəli. Həqiqətə çatmaq üçün yeganə yol rəsmi orqanlara çıxmaqdır. Prezidentimiz Rosen Plevneliyev, baş nazir Boyko Borisov, nazrirlərimiz Rumyana Başvarova və Xristo İvanova məktub yazdım. Hər şeyi izah edərək müvafiq qurumların mənə kömək etmələrini xahiş edim. Məktubda göstərilib ki, mənə qarşı heç bir ittiham olmadığı halda Azərbaycanı tərk edə bilmərəm. Bu, insan kimi hüquqlarımın pozulması deməkdir. Mən ədliyyə nazirimizdən tez cavab alıdm. Onlar Azərbaycandakı həmkarından mənim məsələmi soruşublar. Cavab veriblər ki, mən şahid sayılıram, ancaq bunu görməmişəm.
- Sonradan nə oldu?
- Əslində, heç nə. Mənimlə Azərbaycandakı səfirimiz və Bolqarıstanın qurumları arasında məktublaşmalar oldu. Ancaq hazırda məndə cavab məktubu yoxdur. 2016-cı ilin yanvarında Azərbaycanda yaşayış müddətim bitdi. Mən bunun uzadılması ilə bağlı sənəd versəm də, imtina cavabı aldm. İndi həm ölkəni tərk edə bilmirəm, həm də burda qanunsuzam.
- Özünüzü necə saxlayırsınız?
- Qısaca cavab verim – soruşmayın. Bu, çox çətindir. Mən nə işləyə bilirəm, nə gedə.
- Həyat yoldaşınız sizi burda qoyub gedə bilər?
- Bəli, o gedə bilər. Ancaq güman ki qayıtmayacaq. Çünki lisenziyasının vaxtı bitir. Pul cəriməsinə məruz qala və pasportuna möhür vura bilərlər.
Bu anda söhbətə Nikolovun həyat yoldaşı müdaxilə edir...
- Salam, mənim adım Valeriyadır. Bolqarıstan hakim dairələrinə hiddətlənirəm. Çünki onlar həyat yoldaşımın məsələsinin həlli üçün heç nə etmirlər. Bizim səfirimizlə bir neçə dəfə görüşmək istədim, ancaq onu görə bilməmişəm. Onun köməkçisi olan konsula müraciət etdim. Missis Spasova 1 il fəaliyyət göstərsə də, sonradan işləmədi. Ən heyrətedici məsələ Xarici işlər Nazirliyimizdə Modev soyadlı insan var, o, insan hüquqları departamentinə məsul şəxsdir. Onunla əlaqə saxlayaraq bizim insan hüquqlarımızın pozulduğunu deyəndə, Azərbaycanla Əfranıstanı səhv saldı. Dedi ki, bu, Əfqanıstanda olur. Mən dəhşət içərisində idim. Xarici İşlər Nazirliyinin əməkdaşı bunu ayırd edə bilmir. Görün, bizim nazirlikdə hansı əməkdaşlar çalışır.
Söhbətə yenidən Georgi Nikolov qoşulur...
- Görüsünüz ki, özümü vakuumda hiss edirəm. Mənim günahım yoxdur, ancaq "qızıl qəfəsdəyəm”. Heç kəs mənə əngəl olmur, təzyiq yoxdur, ancaq məsələmin həlli ilə bağlı da heç nə yoxdur. Mən 2 ildir nəvəmi görə bilmirəm. Onu sonuncu dəfə görəndə 20 günlüyündə idi. İndi artıq 2 yaşı var.
- Məsələnizin həlli ilə bağlı digər kanallar axtarmısınız?
- Azərbaycan çox çiçəklənən ölkədir. Qeyri-formal müraciət etmək də düzgün deyil. Rəsmi qurumlar var. Heç kəs informasiya vermir, insanlar fərqlidir.
- Yerli federasiyadan köməklə bağlı təkifi almısınız?
- Onlar mənə görə təəssüf hissi keçirirlər. Ancaq mənə kömək edə biləcək insanlar deyillər.
- Sonda işininz həlli olunacaq və biz buna inanırıq...
- Məhkəmənin hökmü oxunub, ancaq mənimlə bağlı qadağa götürülməyib. Qəribə haldır, ancaq səmimi olaraq inanıram ki, hər şey öz yerini tapacaq.