"Neftçi" braziliyalı legioneri Jonas Pesalli ilə yolarını ayırıb. Bu haqda Sportnet.az-a komandanın baş məşqçisi Elxan Abdullayev məlumat verib.
O, ötən həftə ilyarım anlaşdıqları 26 yaşlı hücumçu ilə vidalaşmalı olduqlarını bildirib: "Bildiyiniz kimi, Pesallinin müqaviləsi bitmişdi və onunla anlaşmanı 1 ilik uzatmaqla bağlı razılıq əldə etdik. Ancaq Pesalli sonradan karyerasını vətənində davam etdirmək istədiyini bildirdi. Çünki Braziliyanın yüksək liqasından təklif alıb. Hər bir futbolçunu bunu arzulayar. Bizə getmək istədiyi dedi və ona əngəl olmadıq. Anlaşmanı qarşılıqla razılıqla pozduq".
Qeyd edək ki, "Neftçi"yə cari mövsümün gedişində gələn Pesalli 4 qol vurub. Bunun 1-i Premyer Liqada, 3-ü kubokda olub. O, cari mövsümdə 3 het-trikdən birinin müəllifidir.
Mehman SÜLEYMANOV