1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
İqnasionun "Neftçi"yə keçidinin təfərrüatı
Çilili futbolçu İqnasio Herreranın "Neftçi"yə keçidinin təfərrüatı məlum olub. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı hücumameylli yarımmüdafiəçinin transferində həmyerlisi, "ağ-qaralar"ın sabiq hücumçusu Nikolas Kanales vasitəçi olub.
Məsələ ondadır ki, Herrera hələ son klubu olan "İrtış"a keçərkən bu variantla bağlı çox düşünüb və onun tərəddüdünə məhz Kanales son qoyub. Hətta vəziyyət o həddə imiş ki, İqnasio Qazaxıstan variantından imtina etmək istəyib. Ancaq "Neftçi"dən ötən mövsüm gedəndən sonra "Okjetpes"də çıxış edən Nikolas həmyerlisinin bu ölkəyə gəlişində vasitəçi olub.
İndisə Kanales 3 müxtəlif vaxtda çıxış etdiyi, bombardiri olduğu "Neftçi"ni həmyerlisinə məsləhət görüb. Nikolasın vasitəçiliyi ilə yanaşı, tanış menecerlər Qazaxıstanla olduğu kimi, Azərbaycanla bağlı da məsələnin həll ediblər. Kanalesin meneceri olan FİFA agenti Kamil Məmmədov Çilidən növbəti futbolçunun ölkəmizə gəlişinə səbəbkar olub. Onun "Neftçi" ilə yaxınlığı, idman direktoru Orxan Hüseynzadə və baş məşqçi Elxan Abdullayevlə yaxşı münasibətdə olması öz sözünü deyib.
Xatırladaq ki, Herrera ötən il "İrtış"ın heyəitndə Qazaxıstan Premyer Liqasında 28 oyunda 3 qol vurub.