"Neftçi" klubunun futbolçusu Rahil Məmmədov Türkiyədə əməliyyat olunacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun "Tibbi-Bərpa Mərkəzi"nin açıqlamasında bildirilib.
Əməliyyat İstanbuldakı "Acıbadəm" xəstəxanasında həyata keçiriləcək. Müdafiəçi çiynindən əməliyyat olunacaq. Bir aydan sonra isə 22 yaşlı futbolçunun digər çiynində cərrahiyyə əməliyyatı həyata keçiriləcək. Onun bərpa müddəti 4-6 aydır.
Eyni xəstəxanada olan yarımmüdafiəçi Kamran Nəcəfzadənin isə müayinədən sonra əməliyyat olunması planlaşdırılır.