1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Saşa Stamenkoviç: "Azərbaycan futbolunu daim uca görmək istəyirəm”
"Antalyada ilk yoxlama oyununa çıxdıq. Nəticədən daha çox oyun keyfiyyətinə fikir verirdik. Azərbaycan millisinə qarşı oynamaq xoş oldu". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin sabiq qapıçısı Saşa Stanenkoviç Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlamasında bildirib. Qazaxıstanın "Okjetpes" klubunda çıxış edən təcrübəli əlcəki sahibi Azərbaycan U-21 yığması ilə Türkiyənin Antalya şəhərində 2:2 hesabı ilə nəticələnən yoxlama oyununda kapitan olub.
Həmin matçı ədalət təmsilçilərimiz idarə edib ki, baş hakim Elvin Əsgərova Cavanşir Yusifovla Elşad Abdullayev yardımçı olub.
Stamenkoviç qarşılaşdığı yığmamızın heyətində potensiallı futbolçular olduğunu söyləyib: "Onlar daha çox çalışmalıdırlar ki özlərini sübut etsinlər. Yaxşı oyun alındı. Bunda hakimlərin də rolu var. Ümumiyyətlə Azərbaycan hakimlərinin adına Avropada tez-tez rast gəlirik. Əliyar, Rəhim, Orxan və digərlərini qeyd edə bilərəm. Azərbaycan mənim üçün doğma yerdir, bu ölkənin futbolunu daim uca görmək istəyirəm”.
Xatırladaq ki, 32 yaşlı Stamenkoviç "Neftçi"nin heyətində "qızıl dubl" sahibi olub.