Dünya şöhrətli futbolçu Ronaldinyonun gələcək karyerasından söz açılıb. Sportnet.az-ın məlumatına görə, 37 yaşlı braziliyalı hücumçu bu il yaşıl meydana qayıtmağı planlaşdırır.
Dünya çempionunun son klubu vətənində 2015-ci ildə çıxışını başa vurduğu "Flamenqo" olub. Daha öncə bildirilir ki, onunla Kolumbiyanın "Atletiko Nasyonal" klubu maraqlanır.
Ronalinynun agenti Roberto De Assis planlarının bu il futbola qayıtmaq olduğunu söyləyib: "2016-cı ildə səyahət etmək, bir neçə ölkəni görmək imkanımız oldu. Ancaq indi Ronaldinyo yenidən oynamaq istəyir. Konkret heç bir şey yoxdur. Ancaq fikrimcə, Libertadores Kubokunda çıxış edən komanda ilə müqavilə imzalayacağıq".
Xatırladaq ki, Ronaldinyo ötən ilin oktyabrında ölkəmizə səfər edib. Bu, "Qəbələ" klubu ilə əməkdaşlıq çərçivəsində Bakıda açılacaq "Ronaldinyo Futbol Akademiyası" ilə bağlı idi. Onunla əlaqədar Bakı Olimpiya Stadionunda mətbuat konfrnaıs keçirilib.