
Azərbaycan Premyer Liqasının ikinci hissəsinə hazırlığını davam etdirən "Zirə" artıq Türkiyənin Antalya bölgəsinə çatıb. Sportnet.az-ın məlumatına görə, komanda "The Sense Deluxe" otelində məskunlaşıb.
Axşam məşqi ilə hazırlığın ikinci mərhələsinə start veriləcək.
Qeyd edək ki, "qartallar" Antalyada iki yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 18-də rəqib Qırğızıstanın "Dordoy” (Bişkek), 22-də isə Bolqarıstan təmsilçisi "Lokomotiv” (Gorna) olacaq. Komanda yanvarın 23-də vətənə dönəcək.