Türkiyənin Antalya bölgəsində qış təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama görüşünü keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Rumıniyanın "Konkordiya” klubu olub.
"Bellis Deluxe” otelinin meydançasında baş tutmuş görüşdən əvvəl 20 yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 1:1 hesabı ilə nəticələnmiş oyunda "Neftçi”nin qolunu 67-ci dəqiqədə Cavid İmamverdiyev vurub.
Beləliklə,flaqman Antalya
toplanışını qələbəsiz başa vurub. Əvvəlki yoxlama oyunlarında ilk olaraq, Türkiyə "Sivasspor"u ilə qolsuz heç-heçəyə razılaşan "ağ-qaralar" ardından Özbəkistan "Nasaf"ına 0:1, Albaniyanın "Kukesi" komandasına 2:4 hesabı ilə məğlub olub, Rusiya "Tosno"su ilə heç-heçə edib - 2:2.
Yoxlama oyunu
18:00. "Neftçi" - "Konkordiya" -1:1
"Neftçi": 33.Boban Baykoviç, 22.Mahir Şükürov (K), 15.Ruslan Abışov, 25.Kirilo Petrov, 29.Georgi Navalovski, 8.Zdenek Folprext, 13.Murad Ağayev, 10.Cavid İmamverdiyev, 19.Fəhmin Muradbəyli, 17.Rəhman Hacıyev, 14.Ramon Kardozo.
Meydana sonradan daxil olanlar: 3.Jairo Rodriges, 9.Namiq Ələsgərov, 11.İqnasio Herrera, 23.Tərzin Cahangirov, 27.Məqsəd İsayev.
Baş məşqçi: Elxan Abdullayev
Qeyd edək ki, yanvarın 4-dən Antalya hazırlığına start verən "Neftçi" ayın 21-də vətənə dönəcək.