1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Antonov üçün "Anji" müəmması: "Şokdan aralanmağım lazımdır"
"Anji"nin rəhbərliyi bizi sadəcə, fakt qarşısında qoydu. Komandanın baş məşqçisi Aleksandr Qriqoryanla isə ümumiyyətlə, söhbətləşməmişik". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin sabiq legioneri Aleksey Antonov Ukrayna mətbuatına açıqlamasında bildiirb. Rusiyanın "Anji" klubunun Antalyadakı təlim-məşq toplanışında həmyerlisi Denis Dedeçko ilə olan 31 yaşlı ukraynalı hücumçu bəynimədiklərindən vətənlərinə qayıtmalı olublar.
Antonovun sözlərinə görə, nə erməni baş məşqçi Aleksandr Qriqoryan, nə də rəhbərlik ona hansı səbəbdən lazım olmadığı deməyib: "Buna görə Mahaçqala klubu ilə yollarımızı ayırmağın hansı səbəbdən olduğunu yalnız ehtimal etmək qalır. İndi Ukraynaya qayıtmışıq. Bundan sonra necə olacaq? Əvvəlcə şokdan aralanmaq lazımdır. Yaxın vaxtda isə özümə yeni klub axtarışını davam etdirəcəyəm".
Xatırladaq ki, Aleksey 2015/16 mövsümündə çıxış etdiyi "Qəbələ"də Premyer Liqamızın bürünc medalçısı olub.