"Bilirdik ki, "Qarabağ"a qarşı oynamaq çətindir. Bu komandaya qarşı sindiromumuz var. Onu qırmağa çalışdıq". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XVI turunda "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları ilə səəfr matçından sonra bildirib. 
Onun sözlərinə görə, məğlubiyyətə heyətdə itkilərin olması da təsir göstərib: "Bilirdik ki, rəqib ilk dəqiqələrdə qol vurmaq istəyir. Buna baxmayaraq, bunun qarşısını ala bilmədik. Növbəti oyunlara baxacağıq. İtkilərimiz də var. Sıx qrafikdə bəzi oyunçulara da istirahət verməyi düşünürük. "Qəbələ" ilə oyuna hazırlaşacağıq". 









                 





    
    
    
    
    
    
    
    
    






















































