1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Vernidubun sümüyünün sınması şübhəsi var"
"Qəbələ"nin ukraynalı futbolçusu Vitali Vernidubun zədəsi ciddidir. Klubun həkimi Roman Jolobaylyuk Sportnet.az-a açıqlamasında Azərbaycan Premyer Liqasında AZAL-la bugünkü oyunda ilk hissədə xəsarət alan müdafiəçini sabah hərtərəfli müayinə edəcəklərini bildirib: "Bu, MRT (maqnit-reazonans terapiyası) və KT (kompyuter tomoqrafiyası) müayinələri olacaq. Bundan sonra zədəsini dəqiq biləcəyik. Ancaq hazırkı mərhələdə Vernidubun sümüyünün sınması şübhəsi var. Bu isə ciddi zədədir. Ancaq gərək bu, təsdiqini tapsın. Buna görə gərək əlavə müayinələr edəsən ki, hər şey artıq dəqiq olsun. Bundan sonra SİZƏ konkret məlumat verə bilərəm. Hələliksə durumu qeyri-müəyyəndir ki, bu üzdən indi dəqiq bir şey söyləmək olmur".
Xatırladaq ki, "Qəbələ"nin digər mərkəz müdafiəçisi - Raafel Santos menisk zədəsi üzündən uzun müddətə sıradan çıxıb.
Mehman SÜLEYMANOV