"Kəpəz"in baş məşqçisi Şahin Diniyev "Sumqayıt"la Azərbaycan Premyer Liqasının XVII tur matçında radikal dəyişikliyə əl atıb. 
Sportnet.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis 24-cü dəqiqədə yeni transfer Əli Nurini oyundan çıxarıb. 
Əvəzində meydana Jülyen Ebah daxil olub. Həmin vaxt "Sumqayıt" 1:0 hesabı ilə öndə olub. Hazırda isə fərq daha çoxdur - 2:0. 









                 





    
    
    
    
    
    
    
    
    






















































