"Sumqaylt"la oyunda məğlub olmaq istəməzdik. Bu görüşdən xalla ayrılmaq istəyirdik". Bu fikirləri Sportnet.az-a açıqalamasında "Kəpəz"in futbolçusu Kərim Diniyev bildirib.
Azərbaycan Premyer Liqasının XVII turnda "Sumqayıt"a 1:3 hesabı ilə məğlub olduqları səfər matçı haqda düşüncələrini bölüşən yarımmüdafiəçi meydandan xalla ayrılmağa çalışdılqarını söyləyib: "Amma alınmadı, niyə uduzduğumuz barədə nə deyim? Günahı özümüzdə axtarmalıyıq. Həqiqətən də belə olacağını heç gözləmirdik. Niyə belə oldu, anlamadım".
Xatırladaq ki, Kərim Diniyev bu oyunda komandasının yeganə qolunun müəllifi olub.