1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Keyta nəzarimizdədir, Obinnaya ciddi maraq olmayıb"
"Menecerlərin bizə təklif etdiyi futbolçular olur. Biz də onlarla maraqlanırıq və nəticədə istər-istəməz "Qarabağ"ın adı hallanır. Ona görə də bəzən müxtəlif futbolçuların bizim maraq dairəmizdə olması ilə bağlı məlumatlar çıxır. Mən buna normal baxıram".
Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib. Yeni hücumçu transferinin üstündən xətt çəkməyən Ağdam klubunun ətrafında müxtəlif legionerlərin adları hallanır. Qurbanov onlardan biri olan Norveç yığmasının hücumçusu, Polşanın "Lex" klubunda oynayan Məhəmməd Keyta ilə maraqlandıqlarını təsdiqləyib: "Keyta ilə maraqlanmışdıq. Onu bizə təklif etdiklərindən, adı siyahıda olan futbolçular sırasında idi. Keyta ilə ciddi söhbətimiz olmamışdı. Sadəcə, maraqlandığımızdan, adı çıxmışdı. Bu da normaldır. Onunla bağlı tam fikir yoxdur. Belə deyə bilərəm ki, Keyta bizim nəzarimizdədir".
Təcrübəli mütəxəssisin sözlərinə görə, İtaliya "İnter"inin nigeriyalı futbolçusu Viktor Obinnanın da həmin siyahıda olması mümkündür: "Sadəcə, indi dəqiq xatırlamıram. Transfer siyahısı geniş olur. Elə olur ki, il ərzində 50-100 futbolçuya baxırıq. Onlar arasında xeyli tanınmış futbolçu var. Ancaq hər baxdığımız futbolçu o demək deyil ki, "Qarabağ"da ola bilər. Mən də konkret ad çəkməyə meylli insan deyiləm. Obinnaya ciddi marağımız olmayıb".
Qurbanov hazırda yeni futbolçu transfer etməyin heç də asan olmadığını söyləyib: "İndidən sonra komandaya yeni futbolçu gətirmək daha çətin olacaq. Hətta mümkün olsa belə, ola bilsin ki, öz formasında uzaq olsun".
Mehman SÜLEYMANOV