Azərbaycan Premyer Liqasında mübarizə aparan "Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, gürcüstanlı mərkəz yarımmüdafiəçisi Giorgi Qoroziya ilə müqavilə bağlanılıb.
22 yaşlı oyunçu ilə mövsümün sonuna qədər anlaşma əldə olunub.
Qeyd edək ki, Giorgi Qoroziya "Zirə”yə Norveç çempionatının güclülər dəstəsində çıxış edən "Stabek” klubundan gəlib. 2014-cü ildən "Stabek”də çıxış edən yarımmüdafiəçi daha öncə vətənində Tbilisinin "Lokomotiv” və Kutaisinin "Torpedo” klubunda forma geyib. O, həmçinin, Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynayıb. O, 20012-ci ildə Gürcüstanın U-17 komandası ilə Avropa Çempionatının yarımfinalına qədər yüksəlib.