1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın kapitanı əcnəbi hakimin tərəfdarıdır
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasında idarəçiliyə əcnəbi hakimlərin dəvət olunmasının tərəfdarıdır. Sportnet.az-ın məlumatına görə, təcrübəli futbolçu "CBC Sport"da qonağı olduğu "3-cü hissə" verilişində bu təkliflə çıxış edib.
Onun sözlərinə görə, Premyer Liqamızda qış fasiləsindən sonra hakim səhvlərinin artması bunu etməyə sövq qedir: "Yüksək səviyyəli hakimlərimiz azdır. Onlar da ardıcıl oyunlar idarə edir, fiziki və psixoloji cəhətdən yüklənirlər. Qarşıdakı turda isə çempionluq uğrunda mühüm olan "Qəbələ" - "Qarabağ" matçı var. Belə vacib oyunlara əcnəbi hakimlərin dəvət olunması daha məqsədəuyğun olardı. Necə ki vaxtilə Azərbaycanda belə praktika olub. Azərbaycan çempionatı ilə yanaşı, ölkə kubokunada Almaniyadan hakimlər dəvət olunmuşdu".
Sadıqovun fikrincə, təkcə 1 yox, 5 ölkə ilə danışıqlar apararaq onlar arasında seçim etmək olar ki, bu zaman klublarımız konkret hansı ölkənin ədalət təmsilçisi olmasından xəbərdar olmazlar.
AFFA Hakimləri Komitəsi fevralın 19-da Qəbələdə keçiriləcək oyuna təyinatı açıqlamasa da, sabiq FİFA referisi Fariz Yusofovun baş hakim olacağı gözlənilir.
Xatırladaq ki, Azərbaycan çempionatında ilk əcnəbi hakim isveçrəli Karlo Bertolini olub. O, 2005-ci ilin iyununda 10-da Gəncədə keçirilən "Neftçi" - "Xəzər Lənkəran" "qızıl oyunu"nu idarə edib. "Ağ-qaralar"ın 2:1 hesabı ilə qalib gələrək çempion olduğu həmin matda Sadıqov da oynayıb.