
Azərbaycan Premyer Liqasında XIX turun "Kəpəz"lə oyunu zamanı "Neftçi" ciddi itki ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, paytaxt komandasının kapitanı 15-ci dəqiqədə adi epizod zamanı ayağını tutaraq, yerə yıxılıb.
Onun əzələsini dartdığı müəyyənləşib. Nəticədə Abışov meydanı tərk edərək, yerini Cavid İmamverdiyevə, kapitan sarğısını isə Georgi Navalovskiyə verib.
Qeyd edək ki, hələlik hesab açılmayıb - 0:0.