1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"FİFA referimiz "Sumqayıt" - AZAL matçını da idarə edə bilmirsə..."
"Məncə, komandamız "Sumqayıt"la matçda yaxşı oynadı. Özümə gəlincə, çox məşq etməmişəm və ona görə tam hazır deyildim". Bu fikirləri Sportnet.az-a açıqlamasında AZAL-ın yeni transferi Vaqif Cavadov bildirib. "Təyyarəçilər"də debütü Premyer Liqanın son turunda keçmiş komandası "Sumqayıt"la səfər matçında edən təcrübəli hücumçu ikinci 45 dəqiqədə meydanda olub.
Cavadov 0:1 hesabı ilə uduzduqları matçda nəticəni ədaltli saymır: "Belə baxanda, "Sumqayıt"ın heç bir qol imkanı yox idi. Sadəcə, bir səhvimiz oldu, bundan da istifadə etdilər. Bizdən isə həm qol imkanı, həm də topa sahib olma daha çox idi. "Sumqayıt" təbrik edirəm".
Vaqif baş hakim, FİFA referisi Rəhim Həsənovun idarəçiliyindən də narazı qalıb: "Məncə, bəzi epizodlarda hakimin də səhvi var idi. Bir epizodda rəqib formanı dartaraq saxladı və hətta formam cırıldı. Özüm də danışmadım, Allah görürdü. Sonra deyirlər ki, hakimlər həddən çox səhv edirlər. Neçə turdur bunlar davam edir. Bəli, matçımız gərgin oyundur. Ancaq FİFA referimiz "Sumqayıt" - AZAL matçını da idarə edə bilmirsə, onda beynəlxalq oyunlar necə idarə edəcəklər, baş açmıram. Mən deyə bilmərəm ki, həmin epizodda penalti idi, ya yox. Çünki görmədim. Ancaq yüzdəyüz cərimə zərbəsi idi, rəqib formamdan dartırdı".