1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakı"nın keçmiş futbolçusunun oyununda dava - VİDEO
Serbiya çempionatında "Rad" və "Partizan" komandalarının oyununda rasizm və kütləvi toqquşma baş verib.
Sportnet.az-ın məlumatına görə, matç zamanı qonaq komandanın hücumçusu Everton Luisin əleyhinə müntəzəm olaraq, irqçi məzmunlu söyüşlər səsləndirilib.
Tribunalarda isə onun ünvanına təhqiramiz banner asılıb. Təhqirlərə dözməyən braziliyalı futbolçu final fitindən sonra "Rad" azarkeşlərinə qeyri-etik jest göstərib. Nəticədə futbolçular arasında kütləvi dava düşüb. Azarkeşlərin davranışından məyus olan oyunçu meydanı gözüyaşlı tərk edib.
Qeyd edək ki, oyun "Partizan"ın qələbəsi ilə yekunlaşıb - 1:0. "Rad"ın heyətində vaxtilə "Bakı" və "Xəzər Lənkəran"da da çıxış etmiş Stevan Bates də yer alıb.