1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ömər Paşayevə növbəti təyinat
Azərbaycanlı FİFA referisi Ömər Paşayev 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundu çərçivəsində Avstriyada keçirilən 6-cı qrupunda daha bir oyuna təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, Paşayev Ukrayna - Avstriya matçında baş hakim kimi iş başında olacaq. Ona həmyerlimiz Namiq Hüseynov, eləcə də şotlandiyalı Daniel MakFarlan yan xətt hakimləri, digər şotlandiyalı Donald Robertson isə 4-cü hakim kimi yardımçı olacaq. Martın 28-də Bad Valtersdorf şəhərindəki "Thermen" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
Qeyd edək ki, bundan öncə Ömər Paşayev martın 25-də İsveç - Avstriya matçının baş hakimi olub. Görüş Avstriyanın qələbəsi ilə yekunlaşıb - 3:1. O, həmçinin martın 23-də Avstriya - Fransa oyununda 4-cü hakim funksiyasını yerinə yetirib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.