 
	
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub. 
	
		
	Sportnetşaz-ın məlumatına görə, həftənin açılış oyununda "Sumqayıt" "Neftçi"ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Bu zəfər sayəsində "Sumqayıt" xallarını 28-ə çatdıraraq, "Neftçi"ni keçib və 5-ci pilləyə yüksəlib. Flaqman isə 26 xalla 6-cı pilləyə enib.
	
		
	"İnter"lə AZAL-ın dueli meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da mövsümün başa çatmasına 4 tur qalmış "təyyarəçilər"in elita ilə vidalaşması rəsmiləşib.
	
		
	Lider "Qarabağ" "Kəpəz"lə matçda məğlub duruma düşsə də, 2 qol vuraraq qalib gəlib və xalını 52-yə çatdırıb.
	
		
	İkinci sıradakı "Qəbələ" "Zirə" ilə oyunda erkən qol vursa da, üstünlüyü sona qədər qoruya bilməyib. Dumanlı hava şəraitində keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb. Artıq "qırmızı-qaralar" "Qarabağ"dan 4 xal geri qalırlar.
	
		
	Azərbaycan Premyer Liqası
	XXIV tur
	2 aprel (bazar)
	
			
	16:30 "Sumqayıt” – "Neftçi” - 2:0
	Qollar: Bəxtiyar Həsənalızadə, 60. Amil Yunanov, 63
	Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Cəmil Quliyev, Ramil Diniyev
	AFFA nümayəndəsi: Abbas Hüseynov
	Hakim-inspektor: Şaiq Həmidov
	"Kapital Bank Arena” ("CBC Sport”/canlı)
	İlk üç dövrə - 2:1, 2:0, 0:1
	
		
	"İnter” – AZAL 2:1
	Qollar: Denis Silva, 48, Rauf Əliyev, 90+1 - Kvirtiya, 90+2
	Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elşad Abdullayev, Fariz Yusifov
	AFFA nümayəndəsi: Mübariz Hüseynov
	Hakim-inspektor: Kərim Ağayev
	Bakı. "İnter Arena”
	İlk üç dövrə - 3:1, 3:0, 1:0
	
		
	"Qarabağ” – "Kəpəz” 2:1
	Qollar: Dino Ndlovu, 41, Miçel Madeyra 47 - Renan Silva, 26
	Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Əliyar Ağayev
	AFFA nümayəndəsi: Vaqif Davudov
	Hakim-inspektor: Məlik Həsənov
	Tofiq Bəhramov adına Respublika stadionu
	İlk üç dövrə - 1:1, 1:0, 1:0
	
		
	"Qəbələ” – "Zirə” 1:1
	Qollar: Sergey Zenyov, 8 - Sezar Meza Kolli, 62
	Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Elvin Əsgərov
	AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
	Hakim-inspektor: Rövşən Əhmədov
	Qəbələ şəhər stadionu ("CBC Sport”/canlı)
	İlk üç dövrə - 2:0, 1:0, 2:2