"Oyuna çox yaxşı başlamışdıq. Elə bunun da məntiqi nəticəsi olaraq, hesabı aça bildik. Ancaq ilk yarının sonlarında və ikinci hissəinin ilk dəqiqələrində buraxdığımız qollar məğlubiyyətimizə gətirib çıxardı. Qol fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik”.
Bunu Sportnet.az-a açıqlamasında "Kəpəz”in üzvü Kərim Diniyev deyib. "Qarabağ”la matçda komandasının yeganə qoluna imza atan Diniyev avrokuboklar şansının davam etdiyini bildirib: "Avrokuboklara yollanmağımız mümkünsüz deyil. Ancaq "Zirə” ilə aramızda 7 xallıq fərq var. Hələ heç nə bitməyib, sona kimi mübarizə aparacağıq. Həm "Qəbələ”, həm də "Qarabağ” çempionluğa layiqdir. Növbəti turda "Qəbələ”ni məğlub edə bilsə, çempion elə "Qarabağ” olacaq. Hər halda məğlub etsələr, "Qəbələ”ni yeddi xal qabaqlayacaqlar. "Qarabağ” kimi komanda da bu xallıq fərqi üç oyuna əldən verməz. "Qəbələ” qalib gələrsə, son üç turda iki komanda arasında "ölüm-dirim” mübarizəsi gedəcək”.