1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İntizam Komitəsindən "Neftçi" açıqlaması
"Zirə" ilə Azərbaycan Premyer Liqasının XXVII tur matçında "Neftçi" komandası tərəfindən futbolçu limitinin pozulduğuna dair iddialara AFFA İntizam Komitəsinin iclasında baxılacaq. Bu barədə Sportnet.az-a komitə üzvü və Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənov məlumat verib.
O deyib ki, məsələ martın 25-də keçiriləcək toplantıda müzakirəyə çıxarılacaq. Lakin M.Həsənov limitin pozulduğuna dair fikir bildirmək istəməyib.
Qeyd edək ki, "Neftçi" "Zirə" ilə səfər qarşılaşmasında 2:2 hesablı heç-heçəyə nail olub. Lakin 68-ci dəqiqədə qonaq komandanın baş məşqçisi Elxan Abdullayev kapitan Ruslan Abışovu oyundan alaraq, yerinə 7-ci əcnəbi futbolçu Huqo Barqası buraxıb. Bundan 2 dəqiqə sonra səhvini anlayan E.Abdullayev digər legioner İqnasio Herreranı Cavid İmamverdiyevlə əvəzləyib. Bununla da "Neftçi"nin meydandakı əcnəbilərinin sayı yenidən 6-ya enib. Qaydalara əsasən, hər bir komandada oyuna 6 legioner çıxmalıdır. Əks halda, oyunun nəticəsi ləğv olunmalı və limiti pozan komandaya texniki məğlubiyyət verilməlidir.