"Neftçi” ilə görüş bizim üçün final idi. Çünki xal itirsəydik özümüzü çox çətinə salacaqdıq”.
Bunu Sportnet.az-a açıqlamasında "Zirə”nin müdafiəçisi Adil Nağıyev Azərbaycan Premyer Liqasının 27-ci turunun "Neftçi” ilə görüşü haqda danışarkən deyib.
Nağıyev, "Neftçi”nin legioner limitini pozması barədə də fikir söyləyib: "Bu, həyatdır da, hər kəs səhv edə bilər. Ola bilsin ki, Elxan Abdullayev oyunun gedişində istəmədən səhv edib. Biz oyunun gedişində bildik ki, "Neftçi” legioner limitini pozub və onlara texniki məğlubiyyət veriləcək. Ancaq komandamız son saniyəyə kimi mübarizə apardı. Hələ mövsüm başa çatmayıb. Sona kimi mübarizəmizi aparacağıq”.