Futbol üzrə Azərbaycan I Divizionunun 2016/2017-ci illər mövsümünün qalibi olan "Turan Tovuz”a qızıl medallar və çempionluq kuboku təqdim olunub. Sportnet.az-ın məlumatına görə, I Divizionun "Turan Tovuz” – "Qaradağ Lökbatan” oyunundan sonra Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimi təşkil edilib.
Mərasimə "Turan"ın ilk prezidenti Vidadi Əhmədov, Tovuzun icra başçısı Tofiq Zeynalov, rayondan seçilmiş millət vəkili Qənirə Paşayeva və digər tanınmış şəxslər qatılıb. Çempion komandaya medalları və kuboku Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov, eləcə də veteran futbolçular, AFFA İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov təqdim ediblər.











































































