1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Filip Ozobiç: "Yenə "Qarabağ"a qol vuracağam" - MÜSAHİBƏ
"Qəbələ"nin futbolçusu Filip Ozobiçin Sportnet.az-a müsahibəsi
- "Sumqayıt"la oyunun iştirak ərizəsinə salınmamağının səbəbi nə idi?
- Sadəcə, baş məşqçi belə istədi. Roman Qriqorçuk mövsüm ərzində daha az meydana çıxanlara bu görüşdə şans verməyi qərara aldı. 5 gün sonra "Qarabağ"la final oyunumuz var. Buna görə də oynamadıq.
- Lakin "Qəbələ"dən fərqli olaraq, "Qarabağ"ın bütün əsas heyət oyunçuları "Neftçi" ilə görüşün start heyətinə salınmışdı...
- Bilirəm. Onların da baş məşqçisi belə qərar verib. Bizim komanda bu cür hazırlaşır. İstəyirik ki, "Qarabağ"la qarşılaşmaya 100 faiz hazırlıqlı olaq.
- Meydana çıxmamaqla vahib bombardir olma şansını qaçırdın. Buna görə təəssüflənmirsən?
- Xeyr. Mənim üçün ən əsası, komandamın uğurudur. Kuboku qazansaq, buna çox sevinəcəyəm.
- Deməli, meydana buraxılmamağın sənə hər hansı psixoloji təsir göstərməyib...
- Əsla. Əlbəttə, istərdim ki, bombardirlər siyahısında birinci olum. Amma ən əsas məsələ yaxşı oynamaqdır. Bu, olsa, hər şey özü gələcək. Təki yaxşı oynayım, qalan məsələlər vacib deyil.
- Final matçı barədə nə düşünürsən?
- Bu, bizim üçün ən vacib görüş olacaq. Mövsüm ərzində göstərdik ki, "Qarabağ"ı məğlub edə bilərik. Fikrimcə, yenə də bunu bacaracağıq.
- "İnter"in hücumçusu Rauf Əliyevlə birgə hərəyə 11 qolla bombardir oldun. Amma son 9 turda qol vura bilməmisən. Axırıncı dəfə fevralın 19-da "Qarabağ"ı 2:0 hesabı ilə yendiyiniz görüşdə fərqlənmisən...
- Doğrudur. Sadəcə, belə alındı. Amma mən bu barədə düşünmürəm. Ümidvaram ki, final görüşündə qol vuracağam.
- "Qəbələ"dəki gələcəyini necə görürsünüz?
- Hələ bir il müqaviləm var. Bütün diqqətim bu komanda ilə bağlıdır. Gələn mövsüm daha yaxşı olacağına inanıram.