Avropa Liqasının 2017/2018 mövsümünün komanda bölgüsündə dəyişiklik edilib.
Sportnet.az-ın məlumatına görə, bunlar Azərbaycan klublarına da təsirsiz ötüşməyib. Premyer Liqanın gümüş mükafatçısı "Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsindən azad edilib. Təmsilçimiz yarışa II raunddan başlayacaq. Buna ölkəmizin UEFA reytinqində 26-cı yerdə qərarlaşması səbəb olub.
Qitə futbol qurumu 25-26-cı yerlərdə olan iki ölkənin kubokunun sahibinə II təsnifat mərhələsindən mübarizəyə qoşulmaq hüququ verib. 25-ci sırada Şotlandiya, 26-cı yerdə isə Azərbaycan qərarlaşıb.
Azərbaycan kubokunun sahibi dubla imza atan "Qarabağ” olduğundan bu güzəşt gümüş mükafatçıya tətbiq edilib (Apasport.az).