"Neftçi” komandasının hazırlıq planı müəyyənləşib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 26-da Bakıda təlim-məşq toplanışına başlayacaq "ağ-qaralar”, iyulun 24-də ölkə xaricinə yollanacaq.
Hazırlıq prosesi avqustun 3-dək Avstriyanın Kirxdorf bölgəsində təşkil olunacaq. Toplanış çərçivəsində ilk yoxlama oyunu iyulun 26-da Almaniyanın "Şalke” klubuna qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2 - 3-də baş tutacaq.