Ötən mövsüm "Turan-Tovuz"a çempionluq yaşadan Əsgər Abdullayev yeni mövsümdən də birinci divizionda çalışa biər.
Sportnet.az-ın məlumatına görə, Abdullayevə "Şəmkir"dən təklif gəlib. 57 yaşlı mütəxəssis "Şəmkir" rəhbərliyindən təklif alıb və yaxın günlərdə masa arxasına oturaraq komandanın gələcək məqsədlərini müzakirə edəcəklər.
Qeyd edək ki, milli komandamızın sabiq çalışdırıcısı "Şəfa", "Bakı", AZAL, "Neftçi", "Araz" klublarını çalışdırıb.