Rusiya Futbol İttifaqının (RFS) prezidenti Nikolay Tolstıx milli komandanın baş məşqçisi Fabio Kapellonun əmək haqqının gecikməsinə dair xəbəri təsdiqləyib. Sportnet.az-ın məlumatına görə, Tolstıx "Sovetskiy Sport"a açıqlamasında italiyalı mütəxəssisdən bununla bağlı üzr istədiklərini bildirib.
O deyib ki, gecikmənin ən qısa müddətdə aradan qaldırılması üçün bütün mümkün cəhdləri edəcəklər.
Kapellonun 3 aydır maaş almadığını və bunun RFS-in günahı üzündən baş verdiyini avqustun 30-da Rusiyanın idman naziri Vitali Mutko açıqlayıb. Eyni zamanda, məlum olub ki, dünya çempionatında iştirak qarşılığında 8 milyon dollar mükafat almasına baxmayaraq, RFS millinin 22 əməkdaşının əmək haqqını gecikdirir. Situasiyanı şəxsən araşdıracağını vəd edən Mutko qurum əməkdaşlarını avara adlandırıb.
Qeyd edək ki, Fabio Kapellonun RFS-lə müqaviləsi Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatının sonunadək nəzərdə tutulub.